Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ötən ay sərhəddə 1 milyon manatlıq qaçaqmal aşkarlanıb
Ana Sayfa > Karusel / Kriminal > Ötən ay sərhəddə 1 milyon manatlıq qaçaqmal aşkarlanıb

Ötən ay sərhəddə 1 milyon manatlıq qaçaqmal aşkarlanıb


2-04-2024, 14:08. Yazar: Admin

Ötən ay sərhəddə 1 milyon manatlıq qaçaqmal aşkarlanıb

Bu ilin mart ayında sərhəddə ümumi dəyəri 1 milyon 122 min 461 manat olan qaçaqmal saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin 2024-cü ilin mart ayı ilə bağlı məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 122 min 461 manat оlan qaçaqmal, о cümlədən tüfəng, patron, ABŞ və RF valyutası GPS, elektroşok, balıq, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. BUndan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 597 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8178 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

 


Geri dön