Ana Sayfa > Karusel / Region > “Rusiya ilə münasibətlərin pozulması Ermənistana ciddi problemlər gətirəcək”- Manukyan

“Rusiya ilə münasibətlərin pozulması Ermənistana ciddi problemlər gətirəcək”- Manukyan


2-04-2024, 13:56. Yazar: Admin

Moskva ilə münasibətlərin pozulması İrəvana iqtisadiyyat və təhlükəsizlik sahəsində ciddi problemlər gətirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifyönlü deputatı Areqnaz Manukyan bildirib.

O, Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin əleyhinə olduğunu deyib.

“Ermənistan geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir. Strateji müttəfiqimiz Rusiya ilə münasibətləri pozmaq kursu Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan zərər verəcək”, – Manukyan qeyd edib.


Geri dön