Ana Sayfa > Karusel / Siyasət > ABŞ və Böyük Britaniya süni intellekt sahəsində əməkdaşlıq edəcək
ABŞ və Böyük Britaniya süni intellekt sahəsində əməkdaşlıq edəcək2-04-2024, 13:18. Yazar: Admin |
ABŞ və Böyük Britaniya süni intellekt texnologiyası sahəsində əməkdaşlıqla bağlı razılaşma imzalayıblar. Qarabaginfo.az “BBC“yə istinadən xəbərinə görə, iki ölkə arasında bu qəbildən olan ilk sənəddə süni intellekt texnologiyasından təhlükəsizlik sahəsində geniş istifadənin parametrləri əksini tapıb. Krallığın elm, innovasiya və texnologiya naziri Mişel Donelan bildirib ki, ölkəsi daim süni intellektin təhlükəsiz inkişafının təmin olunmasını qlobal problem adlandırıb. O əlavə edib ki, razılaşma 2023-cü ilin noyabrında süni intellektin inkişafına dair keçirilən sammitin tələblərindən irəli gəlir. Geri dön |