Ana Sayfa > Karusel / Dünya > Məşhur aktyor bələdiyyə sədri SEÇİLDİ

Məşhur aktyor bələdiyyə sədri SEÇİLDİ


1-04-2024, 15:46. Yazar: Admin

 

Məşhur aktyor bələdiyyə sədri SEÇİLDİ

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində tanınmış aktyor, "Behzat Ç." serialındakı obrazı ilə məşhurlaşan Erdal Beşikçioğlu da qaliblər sırasına daxil olub.

 

Qarabaqinfo.az  xatırladır ki, Beşikçioğlu paytaxt Ankaranın Etimesqut rayonunda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi idi.

 

Səslərin 100 faizə yaxının hesablanmasından sonra ortaya çıxan nəticələrə görə, aktyor 202 853 səs alaraq 56.58 faiz səslə növbəti 5 ildə Etimesqut bələdiyyəsinə sədrlik etmək şansı qazanıb. MHP-nin namizədi Enver Demirel 32.62 faiz səslə ikinci yerdə qərarlaşıb.

Yenidən Rifah Partiyasının namizədi Abdulkadir Baloğlu 2.97, Zəfər Partiyasının namizədi Müslim Taşdan 2.09, İYİ Partiyanın namizədi Hilmi Özer 1.84 faiz səslə müvafiq olaraq 3-cü, 4-cü və 5-ci yerləri bölüşüblər.

 

Digər partiyaların namizədləri isə 1 faizdən də az səs toplaya biliblər.

 

Qeyd edək ki, Ankara Böyükşəhər Bələdiyyəsi seçkilərində 60 faizdən çox səs toplayaraq parlaq qələbə qazanan CHP-nin namizədi Mansur Yavaş qarşıdakı 5 ildə Türkiyə paytaxtının meri olacaq. Etimesqutla yanaşı, Ankaranın 25 rayonundan 16-da CHP, 8-də AKP, birində (Çamlıdere) isə bitərəf namizəd qalib gəlib.

 

CHP seçkilərdən əvvəl minimum paytaxtın minimum 15 rayonunda qalib gəlməyi hədəf seçmişdi. Bu, Ankaranın bələdiyyə məclisində çoxluğu əldə etmək üçün vacib idi. Xatırladaq ki, 2019-cu ildə keçirilmiş ötən bələdiyyə seçkiləri isə Ankaranın 25 rayonundan 22-də AKP namizədlərinin qələbəsi ilə tamamlanmışdı.


Geri dön