Ana Sayfa > Karusel / Gündəm > İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”
İran Prezident Aparatının rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”30-09-2020, 11:32. Yazar: Admin |
“İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezii Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında deyib.
Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişə ilə bağlı narahatlığını ifadə edən İran prezident aparatının rəhbəri qeyd edib ki, son hadisələri ciddi şəkildə və diqqətlə izləyirlər: “İki ölkə arasında ixtilafların beynəlxalq qanunlar çərçivəsində sülh müzakirələri ilə həlli üçün hər növ yardım etməyə hazırıq”.
Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev bildirib ki, İran İslam Respublikası Azərbaycana dost ölkədir.
Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin yüksək rəsmiləri Tehranla Bakı arasında dərin əlaqələrin inkişafı üçün çox zəhmət çəkiblər və hazırda bu əlaqələr çox yaxşı səviyyədədir.
Geri dön |