Ana Sayfa > Karusel / Təhsil > Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib1-04-2024, 10:41. Yazar: Admin |
Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Agentlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir. Geri dön |