Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan münaqişə zamanı milli-mədəni irsinə aid obyektlərə xüsusi mühafizə verilməsini tələb edə biləcək

Azərbaycan münaqişə zamanı milli-mədəni irsinə aid obyektlərə xüsusi mühafizə verilməsini tələb edə biləcək


29-03-2024, 16:10. Yazar: Admin

Azərbaycan münaqişə zamanı milli-mədəni irsinə aid obyektlərə xüsusi mühafizə verilməsini tələb edə biləcək

Azərbaycan Respublikası Silahlı münaqişə zamanı Azərbaycan xalqının milli-mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə verilməsini tələb edə biləcək.

Qarabaginfi.az, bu, Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə edilən “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edə bilər.

Layihəyə əsasən, Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədilə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq yardımın göstərilməsini, xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edə biləcək.


Geri dön