Ana Sayfa > Karusel / Kriminal > "Şakro Molodoy" azadlığa buraxılıb

"Şakro Molodoy" azadlığa buraxılıb


29-03-2024, 15:46. Yazar: Admin

"Şakro Molodoy" azadlığa buraxılıb

Kriminal avtoritet və "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. O, şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Zaxari Kalaşov Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinərək 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


Geri dön