Ana Sayfa > Karusel / Gündəm > Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşüb, tibb işçiləri xəsarət alıb

Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşüb, tibb işçiləri xəsarət alıb


30-09-2020, 10:45. Yazar: Admin

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb. Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi "Fiat" markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış sürüsünə çırpılıb.

Nəticədə sürücü və avtomobildəki tibb işçiləri - Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü, 3-ü yaralandı » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı


Geri dön