Ana Sayfa > Karusel / Siyasət > Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib


29-03-2024, 12:13. Yazar: Admin

Milli Məclis Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

Bununla bağlı qanun layihəsi parlamentin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd layihəsinə əsasən, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsinin əlavə edilməsi nəzərdə tutulur.

Eyni zamanda, Məcəlləyə əlavə edilən 231.3-1-ci maddənin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətlərinin müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılması təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.


Geri dön