Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb
Ana Sayfa > Karusel / Gündəm > Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb

Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb


29-03-2024, 10:50. Yazar: Admin

Mətbuat Şurası Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb.

Bu barədə Şuradan məlumat verilib.

Azərbaycan Mətbuat Şurası Ukraynada vəfat etmiş azərbaycanlı jurnalist İdrak Camalbəylinin ailə üzvlərinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

1976-cı ildə Bakıda anadan olmuş İ.Camalbəyli 2003-cü ildən jurnalistikada olub. “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.az və Missiya.az informasiya portallarında çalışıb. Ömrünün son illərini keçirdiyi Ukraynada Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb. Ölkədə müharibə başlayan gündən indiyədək ən qaynar nöqtələrdən reportajlar yayımlayıb.

Allah jurnalist həmkarımıza rəhmət eləsin!” – Şuranın məlumatında qeyd edilib.


Geri dön