Ana Sayfa > Karusel / Region > Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır
Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır29-03-2024, 09:11. Yazar: Admin |
Dini müxtəliflik Gürcüstanın ən vacib sərvətlərindən biridir. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı deyib. O, müsəlmanların Gürcüstanın inkişafına töhfə verdiyini və xalqlar arasındakı qardaşlığın arxasında böyük tarixinin dayandığını vurğulayıb. “Gürcüstan gürcü, azərbaycanlı, şiə, sünni müsəlmanların eyni məsciddə namaz qıldığı unikal ölkədir. Bu dinc birgəyaşayış, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu fəaliyyətimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib və daha 20 məscid təhvil verilməyə hazırdır. Müsəlman icmasına ayrılan maliyyə 4 milyon 150 min lariyə çatdırılıb və iqtisadi artımla bu vəsait daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir”, - Baş nazir deyib. İftar mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də digər ölkələrdən olan diplomatlar da iştirak ediblər. Geri dön |