Ana Sayfa > Karusel / Sosial > Baş Prokurorluğun sabiq mətbuat katibi vəfat edib

Baş Prokurorluğun sabiq mətbuat katibi vəfat edib


28-03-2024, 11:06. Yazar: Admin
Baş Prokurorluq bu idarənin əməkdaşı barədə məlumat yaydı

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.


Geri dön