Ana Sayfa > Karusel / Region > İstanbul merliyinə namizədlər arasında "KÜFTƏ DAVASI"

İstanbul merliyinə namizədlər arasında "KÜFTƏ DAVASI"


27-03-2024, 17:53. Yazar: Admin

İstanbul merliyinə namizədlər arasında

 

Türkiyənin İstanbul bələdiyyəsinin sədrliyinə əsas namizədlər - hazırkı sədr, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum arasında "küftə davası" gündəmdədir.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında söz atışması yaşanıb.

 

Belə ki, İmamoğlu bir sıra nazirlərin Kurumun seçki kampaniyasına qoşularaq onun təbliğatını aparmalarını tənqid edib. Kurum ona belə cavab verib: "Sən o nazirliklərin qapısından da keçə bilməzsən. Səndə elə bir qabiliyyət, bacarıq yoxdur. Səni nazirliyə uzağı bufetdə küftəçi götürərlər".

 

İmamoğlunun "küftə polemikası"na qoşulması özünü gecikdirməyib: "Sahibkarlığın nə anlama gəldiyini bilməyən bir insan 30 faizə yaxını sahibkar kökənli olan gözəl İstanbula necə xidmət edə bilər, siz düşünün. Anlayacağını da düşünmürəm. Bəllidir ki, küftə ilə, küftəçiliklə, sahibkarlıqla problemi var. Bu seçki sahibkarın, küftəçilərin zəfəri olacaq. Böyük ehtimalla 31 martdan sonra hər yediyi küftədə İstanbul seçkilərini xatırlayacaq".

 

Qeyd edək ki, 31 martda Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.


Geri dön