Ana Sayfa > Karusel / Dünya > KİV: İsrail Rəfahda quru əməliyyatına hazırlaşır
KİV: İsrail Rəfahda quru əməliyyatına hazırlaşır27-03-2024, 16:46. Yazar: Admin |
Qətərdəki danışıqların son raundunun uğursuzluğundan sonra İsrail HAMAS-a əlavə güzəştə getmək istəmir və Ramazan bayramından sonra və ya ən geci mayın əvvəlində Rəfahda əməliyyata hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmiləri ilə təmasda olan Misir mənbələrinə istinadən yazıb. Mənbələrin bildirdiyinə görə, HAMAS-ın Qəzza zolağındakı son qalası daxilində İsrailin quru əməliyyatı 4 - 8 həftə arasında davam edəcək və Rəfaha sığınan mülki əhalinin (təxminən 1,5 milyon insan) təxliyəsi ilə müşayiət olunacaq. Əməliyyatlardan əvvəl Rafahın hər bölgəsində mülki şəxslərə Qəzza zolağının mərkəzinə doğru müəyyən marşrutlar boyunca və müəyyən vaxtlarda evakuasiya ilə bağlı xəbərdarlıq ediləcək. Misir rəsmiləri bildiriblər ki, Qəzzalı mülki vətəndaşlar arasında heç bir HAMAS döyüşçüsü və ya israilli girov gizlənməməsi üçün kütləvi təxliyə yerdən və havadan izləniləcək. "Əl-Əxbar"ın yazdığına görə, Qahirə IF-nin Rəfah bölgəsində əməliyyatı ilə bağlı dərin narahatlığını ifadə edir və qeyd edir ki, bu, təkcə Qəzzada deyil, bütün regionda gərginliyin daha da artmasına səbəb ola bilər. Geri dön |