Ana Sayfa > Karusel / Region > Ermənistan işğaldakı 4 kəndi nə vaxt qaytarır? - Erməni deputat DANIŞDI
Ermənistan işğaldakı 4 kəndi nə vaxt qaytarır? - Erməni deputat DANIŞDI27-03-2024, 10:52. Yazar: Admin |
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Tavuş bölgəsində yerli sakinlərlə görüşərkən Azərbaycanın tələb etdiyi 4 kəndin qısa zamanda geri qaytarılması zərurətindən danışıb. Nikol Paşinyan daha sonra - martın 20-də parlamentdə keçirilən “hökumət saatı”nda delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq ərazilərdən bəhs edərkən müharibə təhlükəsini nəzərə almağa çağırıb. Nikol Paşinyanın deputatlarla qapalı görüşündə konkret tarixlər barədə danışıb-danışmadığını soruşduqda, Minasyan cavab verib ki, heç bir tarix qeyd olunmayıb. “Paşinyan fraksiya ilə görüşdə vaxtın az olduğunu deyibmi” sualına deputat belə cavab verib: Ermənistanın 3-cü Ordu Korpusunun həmin ərazilərdən çıxarılmasının müzakirə edilib-edilmədiyi ilə bağlı suala Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur. “Hər hansı hərəkətlərin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”, - deyə deputat vurğulayıb. Ötən həftə Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib. Əks halda, o, müharibə olacağını istisna etməyib.(Modern.az) Geri dön |