Ana Sayfa > Karusel / Dünya > “Dərhal atəş açın!”- Lukaşenko əmr verdi

“Dərhal atəş açın!”- Lukaşenko əmr verdi


26-03-2024, 15:40. Yazar: Admin

Belarus prezidenti Aleksandr Lukaşenko sərhəddə təxribatlar zamanı dərhal atəş açmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, onun fikrincə, Belarusun dövlət sərhədində istənilən təxribat hərbi yolla yatırılmalıdır.

Lukaşenko deyib ki, sərhəd pozuntusu cavabsız qalmamalıdır: “Mən açıq deyəcəyəm: istənilən təxribat hərbi yolla dayandırılmalıdır. Heç kimlə uzunçuluq edilməməlidir. Dövlət sərhədinin istənilən şəkildə pozulmasına bu cür cavab verilməldir”.

Martın 26-da Belarus lideri silahlı qüvvələrin döyüş hazırlığını yoxlamaq üçün Qrodno vilayətinə işgüzar səfərə gedib.
Eyni zamanda, ölkənin silahlı qüvvələri tərəfindən sərhəd mühafizəsinin gücləndirilməsinə yönəlmiş bütün kompleks tədbirlər həyata keçirilir.


Geri dön