Ana Sayfa > Karusel / Region > Dumanın fraksiya rəhbəri Rusiyada ölüm hökmünün bərpasının lehinə çıxış edib

Dumanın fraksiya rəhbəri Rusiyada ölüm hökmünün bərpasının lehinə çıxış edib


26-03-2024, 15:38. Yazar: Admin

Dumanın fraksiya rəhbəri Rusiyada ölüm hökmünün bərpasının lehinə çıxış edib

Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski Dövlət Dumasının iclasında ölüm hökmünə qoyulan moratoriumun ləğvinin lehinə çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, o, terrorçulara qarşı ölüm cəzasına qoyulan moratoriumun götürülməsinin tərəfdarı olduğunu söyləyib.

"Ukraynanın izi hər gün daha da aydınlaşır. Bu faciədə (Crocusda - red.) biz bu quldurların Ukraynaya doğru necə qaçdığını gördük... Bu gün biz açıq şəkildə deməliyik ki, 1996-cı ildə Avropa Şurasına qəbulla bağlı qəbul edilən ölüm hökmünə morotorium dayandırılmalıdır. Bu gün bu əclaflar üçün ölüm cəzasından başqa heç bir cəza növü ola bilməz”, - deyə Slutski vurğulayıb.


Geri dön