Ana Sayfa > Karusel / Dünya > Kreml ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə münasibət bildirib

Kreml ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə münasibət bildirib


25-03-2024, 15:07. Yazar: Admin

 

Kreml ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə münasibət bildirib

Kreml ölüm hökmünə qoyulan moratoriumun ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Moskvada "Crocus City Hall" konsert salonunda martın 22-də baş verən terror aktından sonra cəmiyyətdə ölüm hökmünün bərpa olunması gündəmə gəlib. İctimai xadimlər, siyasətçilər və ölkə ictimaiyyətinin digər nümayəndələri ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış ediblər.

 

 


Geri dön