Ana Sayfa > Karusel / Kriminal > Bakıda oteldə yanğın başlayıb

Bakıda oteldə yanğın başlayıb


25-03-2024, 14:37. Yazar: Admin

Bakıda oteldə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Geri dön