Ana Sayfa > Karusel / Dünya > Rusiya Kiyevə iki ballistik raket atıb
Rusiya Kiyevə iki ballistik raket atıb25-03-2024, 14:08. Yazar: Admin |
Rusiya qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk "Telegram" kanalında bildirib. "Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib". O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərəsizləşdirib. "Ukrinform"un məlumatına görə, Rusiya raketlərinin parçaları Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda Rusiyanın raket hücumu nəticəsində 4 nəfər yaralanıb. Geri dön |