Ana Sayfa > Karusel / Kriminal > Ötən gün vətəndaşlardan silahlar və sursatlar götürülüb

Ötən gün vətəndaşlardan silahlar və sursatlar götürülüb


25-03-2024, 10:39. Yazar: Admin

Ötən gün vətəndaşlardan silahlar və sursatlar götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 alışdrıcı, 2 patron darağı və 132 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bundan əlavə, martın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 2 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.


Geri dön