Ana Sayfa > Karusel / Region > Moskva vilayətinin qubernatoru: Terror aktında həlak olanların sayı xeyli arta bilər

Moskva vilayətinin qubernatoru: Terror aktında həlak olanların sayı xeyli arta bilər


23-03-2024, 13:55. Yazar: Admin

 

Moskva vilayətinin qubernatoru: Terror aktında həlak olanların sayı xeyli arta bilər

“Crocus City Holl”da törədilən terror aktında ölənlərin sayı xeyli arta bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

“Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar, Mən indicə oradan qayıtmışam. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu görürük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.


Geri dön