Ana Sayfa > Karusel / Dünya > Moskvada terrorda şübhəli sayılanların fotoları yayılıb, rəsmi təsdiq yoxdur-FOTO

Moskvada terrorda şübhəli sayılanların fotoları yayılıb, rəsmi təsdiq yoxdur-FOTO


23-03-2024, 11:18. Yazar: Admin

Rusiyanın Bryansk vilayətində  Moskvada terror aktında şübhəli şəxslərin tutulması üçün  əməliyyat planı tətbiq edilib.

Qarabaginfo.az bildirir ki, bu barədə SHOT teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Terrorçuların olduğu “Reno” avtomobili saxlanılıb. Maşını saxlayan yol polisi əməkdaşları sərhədçilərə məlumat veriblər. Maşında olan 4 nəfər saxlanılıb, 2 nəfər qaçıb. Onların axtarışı aparılır.

İçəridə 4 Tacikistan vətəndaşı olub: Saxlanılanlar bu şəxslərdir:

— Şoxinjonn Safolzoda, 21 yaş.
— Rüstəm Nəzərov, 29 yaş.
— Mahmudrəsul Nəsridinov, 37 yaş.
— Rivojidin İsmonov, 51 yaş.

Bu məlumat hələ ki, rəsmən təsdiqlənmir.


Geri dön