Ana Sayfa > Karusel / Dünya > İŞİD Moskvada “Crocus” kompleksinə hücuma görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Moskvada “Crocus” kompleksinə hücuma görə məsuliyyəti öz üzərinə götürdü


23-03-2024, 11:14. Yazar: Admin

İŞİD cümə günü Moskvad vilayətində Crocus City Hall konsert kompleksinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qarabaginfo.az bildirir ki, bu barədə CNN, Reuters və digər KİV xəbər yayıb.

Məlumatda qeyd olunur ki, İŞİD-ə bağlı Amaq xəbər agentliyinin Telegram kanalında dərc olunan bəyanatda terrorçu qrup hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qrupun bu bəyanatı dəstəkləmək üçün sübut təqdim etmədiyi qeyd olunur.

Reuters-in iki amerikalı məmura istinadən yazdığı kimi, ABŞ-ın əlində İŞİD-İN hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyən kəşfiyyat məlumatları var.


Geri dön