Ana Sayfa > Karusel / İdman > Millimiz beynəlxalq turnirdə birinci oldu

Millimiz beynəlxalq turnirdə birinci oldu


22-03-2024, 11:47. Yazar: Admin

 

Millimiz beynəlxalq turnirdə birinci oldu

Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib.

 

Gimnastlarımız fərdi yarışlarda da 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xətai Hümbətovla Əliəkbər Hadi ikinci yeri tutublar. Hüseyn Əsədullayev isə bürünc medala yiyələnib.


Geri dön