Ana Sayfa > Karusel / Region > Nazarbayevin qardaşı oğluna hökm oxundu
Nazarbayevin qardaşı oğluna hökm oxundu20-03-2024, 11:54. Yazar: Admin |
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin keçmiş birinci müavini, eks-prezident Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abış vəzifə səlahiyyətlərini aşdığına görə məhkəmə tərəfindən 8 il şərti azadlıqdan məhrum edilib. "Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Samat Abış 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 8 il şərti cəza alıb. Məhkəmənin qapalı keçirildiyi də məlumdur", - məlumatda bildirilib. S.Abış ölkənin eks-prezidenti Nazarbayevin qardaşı oğludur. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Akademiyasını və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin Akademiyasını bitirib. 2013-cü ilin martından 2015-ci ilin dekabrına qədər Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2015-ci ildən komitə sədrinin birinci müavini olub. Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən respublikanın köhnə paytaxtı və ən böyük şəhəri Alma-Ataya yayılıb: orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum edib, silahları götürüblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 230 nəfər, o cümlədən 19 təhlükəsizlik işçisi həlak olub. Geri dön |