Ana Sayfa > Karusel / Sosial > “ASAN xidmət” hansı tarixdə işləyəcək?
“ASAN xidmət” hansı tarixdə işləyəcək?20-03-2024, 11:52. Yazar: Admin |
Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Bu barədə Qarabaginfo.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər. Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Geri dön |