Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanlı alimin oğlu ABŞ-ın ən nadir məktəbinə qəbul olunub - MARAQLI
Azərbaycanlı alimin oğlu ABŞ-ın ən nadir məktəbinə qəbul olunub - MARAQLI19-03-2024, 12:31. Yazar: Admin |
ABŞ-da tibb üzrə fəaliyyət göstərən - Nyu-York Dövlət Universitetində çalışan azərbaycanlı alim Şövqü Hüseynov həm azyaşlı övladının uğuru, həm də onun qəbul olunduğu təhsil ocağının fəaliyyəti barədə maraqlı paylaşım edib. Şübhəsiz ki, mən də bir valideyn kimi bu uğura sevinir və qürur hissi keçirirəm. Amma bu paylaşımımın başlıca məqsədi doğma Azərbaycan xalqıma gözəl nümunə göstərib hər bir ovladımızın elm və təhsildə uğur qazanmasına yardım etməkdir. Nəzərinizə çatdırım ki, ABŞ-da orta məktəblər 3 pilləlidir. İbtidai məktəb (1-4-cü siniflər), Orta məktəb (5-8-ci siniflər) və Ali məktəb (9-12-ci siniflər). ABŞ-da bu 3 pilləli məktəblərin - özəl, çarter və dövlət məktəbləri – ümumilikdə sayı 165 mindən çoxdur. Hazırda bizim ABŞ-da yaşadığımız Nyu York Ştatının Buffalo şəhərində CİTY HONORS adlı bir məktəb var ki, burda təhsil 5-ci sinifdən 12-ci sinfə qədərdir. Bu məktəbin təməli 1975-ci ildə eksperimenal məktəb kimi qoyulub (Bakı şəhərindəki Avropa Liseyi kimi). Bu məktəb istedadlı və vergili uşaqlar məktəbidir. Məktəbə uşaq qəbulu müxtəlif kriteriyalar üzrə aparılır: 1) Şagirdin əvvəlki 4 ildə dərslərdən aldığı qiymətlər. 2) Şagirdin əvvəlki illərdə dərsə davamiyyəti, məktəbdə davranış və daxılı nizam-intizama əməl etməsi. 3) Məktəbə qəbul imtahanı - bura daxıldır çox mürəkkəb İngilis dili, Riyaziyyat, heç yerdə görünməmiş və istifadə edilməmiş məntiq testləri. (Yeri gəlmişkən oğlum Binnət bu imtahandan 100% maksimum nəticə göstərib). Bu məktəbə hər il 100 şagird qəbul olnuur, 100 şagird məzun olur. Bu məktəb çox uzun illər ABŞ-da olan 165 min orta məktəb arasında ilk 10-luqda yer alıb və hal-hazırda da yüksək pillələrdədir. Bu məktəbin məzunları arasında çoxlu sayda Fənn Olimpiadalarının qalibləri, idman sahəsində Dünya və Olimpiya çempionları, Nobel mükafatı almış alim, Oskar mükafatı almış sənətçi, dünyanın tanınmış sənət və peşə adamları, Amerikada yüksək dövlət vəzifələrində və məhşur özəl şirkətlərdə çalışan məmurlar, milyarderlər və s. vardır. Hətta keçmiş Prezident Barak Obamanın dövründə işləmiş dövlət katiblərindən biri bu məktəbin məzunu olub. Hər il bu məktəbi bitirən məzunların əksəriyyəti dünyada ilk 10-luqda yer alan universitetlərə - Harvard, MIT, Stanford, Princeton, Cornell və s. qəbul olunurlar. Bu məktəbin 98% məzunu hər il 80 min ilə 100 min dollar arasında təhsil təqaüdü qazanır, bahalı və məhşur universitetlərdə təhsil alırlar. Bu məktəbin daha bir maraqlı xüsusiyyəti odur ki, bütün məzunları qəbul olunduğu universitetlərdə birbaşa 2-ci kursdan təhsil almağa başlayırlar. Məktəb tam pulsuzdur. Şagirdlər gündə 3 dəfə pulsuz olaraq yeməklə təmin edilirlər. Şagirdlər dərs günlərində səhər evdən məktəbə və günorta məktəbdən evə məktəb avtobusu ilə pulsuz aparılıb-gətirilir. Bütün lazımı tədris vəsaitləri (kitab, dəftər, qələm və s.) məktəb tərəfindən pulsuz təmin edilir. Evə dərs və tapşırıqlar verilmir, çünki gün ərzində məktəbdə dərslər sadəcə olaraq dərs xatirinə keçirilmir, həm də keçirilmiş dərslər şagirdlərə tam mənimsədilir və öyrədilir. Kimin hansı ailədən gəlməsindən asılı olmayaraq, məktəb öz işini məsuliyyətlə və vicdanla yerinə yetirir. Şagird öyrənməsə və geri qalsa, onun birbaşa səbəbkarı müəllim və məktəb direktoru hesab edilir. Çünki burda evə demək olar ki, tapşırıq verilmir və valideyndən təhsillə bağlı heç nə tələb olunmur (valideyn yalnız davamiyyət və davranışa cavabdehdir Yuxarıda qeyd etdiklərimdən görünür ki, bu bir nümunəvi məktəbdir. Bu məktəb öz funksiyasını yerinə yetirir. Bu fuksiyalara aiddir: - Bilik və təhsil vermək; - Dünya görüşü formalaşdırmaq; - Şəxsiyyət yetişdirmək; - Xoşbəxt təhsil mühitini yaratmaq; - Sağlam insan ərsəə gətirmək və s.; Amma bu məktəbə qəbul olunmaq lazımdır. Rəqabət çox yüksək səviyyədədir. Təxminən hər 6-10 min nəfər imtahan verən şagird arasından 100 nəfər bu məktəbə qəbul olunur. İmtahan və qəbul prosesini məktəb özü aparmır. Ümumiyyətlə, qəbulu hansı qurum aparır demək olar ki, bilinmir. Amma şəffaflıq 100%-dir. (İnşallah, sentyabrda bu məktəbin daxılındən çəkiliş edib paylaşaram). Sonda onu da qeyd edim ki, mənim oğlum Binnət bu məktəbə yüksək balla qəbul olunub və sentyabr ayından 5-ci sinfə burada davam edəcək. Binnət ilk 4 sinfi də bu regionda olan ən yüksək reytinqli məktəbə imtahan verərək yüksək balla qazanmış və təhsil almışdı. Bu paylaşımın digər səbəbləri də var. Onları da qeyd edirəm ki, oxuyun və çalışın faydalı olanlarından nəticə çıxarasınız:. - Əmin olun ki, tanıdışınız alim-həkim Şövqi Hüseynov həm öz elmi tədqiqatları ilə və davamçıları olan ailə üzvləri ilə sizi Amerika Birləşmiş Ştatlarında yüksək səviyyədə təmsil edir! - Düzgün planlama, qarşıya qoyulmuş məqsəd, prinsipiallıq, istək və zəhmət bir araya qoyularsa, bütün xoşməramlı məqsədlər çatmaq olar! - Heç vaxt gec deyil! 1 saat, 1 gün sornra gec olacaq! Elə indi başlamaq lazımdır! Oxumağa, elmə, təhsilə heç vaxt gecikməyin! - Yadda saxlayın! Sizi və sizin övladlarınızı sizdən çox heç kim sevə, istəyə bilməz! Övladlarınızın harda, kimin yanında təhsil almasından asılı olmayaraq, hər gün maraqlanın, sorğu-sual edin! Məsuliyyət yaradın! Bunu etməsəniz, həm gec olacaq və həm də əsl yüksək nəticəyə ümid etməyin! Yuxarıda qeyd etdiklərim mənim gördüyüm, yaşadığım real həyat nümunəsidir! Sizdən də görmək arzusu ilə hələlik… Geri dön |