Ana Sayfa > Karusel / Təhsil > Sənəd qəbulunda rekord: Tələbə olmaq istəyənlərin sayı 16 min nəfər ARTIB
Sənəd qəbulunda rekord: Tələbə olmaq istəyənlərin sayı 16 min nəfər ARTIB18-03-2024, 11:56. Yazar: Admin |
Ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Qarabaqinfo.az-ın məlumatına görə, əvvəlki illərlə müqayisədə ali məktəb və kolleclərə sənəd verənlərin sayında artım müşahidə edilib. Belə ki, ötən il 107 188 abitutiyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. 2022-ci ildə isə bu rəqəm 99 538 nəfər idi.
Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin sayı 96.667 nəfər olub. Bunlardan 89.858 nəfər Azərbaycan bölməsi üzrə, 6.809 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib. Qeyd edək ki, kolleclərə qəbul olmaq istəyənlərin sayında da artım qeydə alınıb. Geri dön |