Ana Sayfa > Karusel / Qarabağ > Bülletenlərin 99.5 faizi sayıldı: Putin bu qədər səs topladı

Bülletenlərin 99.5 faizi sayıldı: Putin bu qədər səs topladı


18-03-2024, 11:06. Yazar: Admin

Bülletenlərin 99.5 faizi sayıldı: Putin bu qədər səs topladı

Rusiyada keçirilən prezident seçkilərində istifadə edilən bülletenlərin 99.52%-i sayılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən hazırkı prezident Vladimir Putin 87.33 faiz səslə liderdir.

 

Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) - 4,30%, Vladislav Davankov (Yeni insanlar) - 3,81%, Leonid Slutski (LDPR) - 3,20% səs toplayıb.

 

Məlumata görə, məsafədən elektron səsvermə sistemində də Vladimir Putin 87,4% səslə qalib gəlib.

 

Seçici fəallığı 74,22% təşkil edib.


Geri dön