Ana Sayfa > Karusel / Siyasət > Metyu Brayza ABŞ-ı Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməyə çağırıb
Metyu Brayza ABŞ-ı Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməyə çağırıb29-09-2020, 15:22. Yazar: Admin |
"Ermənistanın baş naziri Nikol Paşinyan inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ilə ilk görüşü keçirildi. Bu görüşdən sonra hər iki lider elan etdi ki, "biz insanları sülhə hazırlamalıyıq". Amma, düşünürəm ki, ölkəsindəki siyasi təzyiqlər səbəbindən Paşinyan öz məxməri inqilabını yekunlaşdıra bilməyib". xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza CNN telekanalına son günlər Azərbaycan-Ermənistan cəbhəsində baş verən döyüşləri şərh edərkən deyib. O bildirib ki, 1994-cü ildən etibarən Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilib, amma dəfələrlə bu atəşkəs pozulub. Keçmiş səfir ABŞ-ın münaqişənin həlli istiqamətindəki fəaliyyətini də dəyərləndirib: "ABŞ ənənəvi olaraq Cənubi Qafqazda, xüsusən də Dağlıq Qarabağda baş verənləri izləyir. Bunun çox səbəbi var. Bu ərazidə həyati əhəmiyyətli strateji infrastruktur obyektləri mövcuddur. Azərbaycanın neft və qaz boru kəmərləri Dağlıq Qarabağın yaxınlığından keçərək Türkiyə və Avropaya uzanır. Yeri gəlmişkən, bu layihələrin lideri BP-dir. Həmçinin bunlara dəmir yolu, quru və hava nəqliyyat dəhlizləri, Əfqanıstan müharibəsindəki ortaq əməliyyatları və fiberoptik kabellər də daxildir. ABŞ prezidenti Donald Trampın administrasiyası bu münaqişəyə köklənməyib. Heç keçmiş prezident Barak Obama administrasiyası da bu məsələyə səmimi olaraq fikir bildirməyib. Düşünürəm ki, bu məsələdə yüksək səviyyəli diqqət Corc Buş administrasiyasına məxsusdur. Əgər ABŞ münaqişənin həllində iştirak etmirsə, bu vakuum deməkdir. Bildiyiniz kimi, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu var və ABŞ real şəkildə maraqlanmasa, Minsk qrupu heç bir şey edə bilməz. Amma de-fakto Rusiya Ermənistanı dəstəkləyir. Türkiyə isə uzun müddətdir ki, “bir millət, iki dövlət” deyərək Azərbaycana dəstəyini nümayiş etdirir. Hesab edirəm ki, bu vakuum bizim Türkiyə və Rusiya ilə danışıqlar aparmağımızdan sonra dolacaq”. "Report"
Geri dön |