Ana Sayfa > Karusel / Gündəm > Bakıda toz dumanı müşahidə olunur

Bakıda toz dumanı müşahidə olunur


18-03-2024, 09:48. Yazar: Admin

 

Bakıda toz dumanı müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

 

ETSN-dən Qarabaqinfo.az-a verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

 

"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.


Geri dön