Ana Sayfa > Karusel / Gündəm > Bakıda alim müdafiə zamanı VƏFAT ETDİ
Bakıda alim müdafiə zamanı VƏFAT ETDİ16-03-2024, 13:33. Yazar: Admin |
Allah rəhmət eləsi̇nElm və Təhsil Nazirlyinin Riyaziyyat və Mexanika İnstitutunda müdafiə zamanı professor Bəhram Əliyev qəfil dünyasını dəyişib. 1975-1976-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib, 1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda qiyabi aspirantura təhsili alıb. 27.10.1982-ci il tarixində Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik, 17.05.2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Əmək fəaliyyəti Azərbaycan Dövlət Pedaqoji Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə bağlıdır. 1990-cı ildən 2016-cı ilə qədər ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 2016-cı ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışırdı. Professor Bəhram Əliyev 70-dən artıq elmi əsərin, 4 dərs vəsaitinin müəllifidir. Geri dön |