Ana Sayfa > Karusel / Sosial > Əmək pensiyasının minimum məbləği artırılmalıdır - Parlamentdə TƏKLİF

Əmək pensiyasının minimum məbləği artırılmalıdır - Parlamentdə TƏKLİF


15-03-2024, 16:15. Yazar: Admin

Əmək pensiyasının minimum məbləği artırılmalıdır - Parlamentdə TƏKLİF

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq əmək pensiyasının minimum məbləğinin artırılması məsələsinə baxılması yaxşı olar. Son illər bu sahədə dövlətimiz çox mühüm tədbirlər həyata keçirib. Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. 

 

Deputat həmçinin, məcburi köçkün şəhərciklərinin bir qismində müvafiq binaların olmasına baxmayaraq hələ də bağça və tibb məntəqələri fəaliyyət göstərmədiyin bildirib:

 

“Bəli, biz "Böyük Qayıdış" prosesini uğurla icra edirik. Ancaq bu da reallıqdır ki, insanlar bir müddət hələ orada yaşayacaqlar. Onların fəaliyyətinin təmin olunması üçün müvafiq addımların atılmasına ehtiyac var. Məsələn bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq Kürdəmirdə məcburi köçkünlər üçün salınan qəsəbədə hələ də tibb məntəqəsi fəaliyyət göstərmir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılması lazımdır. Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik".

 

O qeyd edib ki, eyni zamanda çoxsaylı müraciətlər nəzərə alınaraq mərhələli şəkildə dünyasının dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılması vacibdir.

 

“Respublikanın ayrı-ayrı bölgələrində müxtəlif səbəblərdən bağlı olan məscidlərin fəaliyyətinin mərhələli şəkildə bərpası. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği baxımından bu məscidlərin fəaliyyəti xüsusi önəm daşıyır”, - deyə deputat bildirib.

 

Xatırladaq ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manatdır.


Geri dön