Ana Sayfa > Karusel / Qarabağ > Bu il azad edilən ərazilərə 20 min nəfər köçürüləcək

Bu il azad edilən ərazilərə 20 min nəfər köçürüləcək


15-03-2024, 12:07. Yazar: Admin

 

Bu il azad edilən ərazilərə 20 min nəfər köçürüləcək

2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (təxminən 20 min nəfərin) köçürülməsi planlaşdırılır.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

 

Baş nazir qeyd edib ki, 2023-cü ilin sonunadək isə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.


Geri dön