Ana Sayfa > Karusel / Dünya > Putin əhalini seçkilərə ÇAĞIRDI

Putin əhalini seçkilərə ÇAĞIRDI


14-03-2024, 12:19. Yazar: Admin

 

Putin əhalini seçkilərə ÇAĞIRDI

Rusiya prezidenti Vladimir Putin seçkiyə gəlmək üçün əhaliyə müraciət edib.

 

Qarabaqinfo.az BBC-yə istinadən xəbər verir ki, beşinci müddətə namizədliyini irəli sürən Vladimir Putin videomüraciətində rusları prezident seçkilərində iştirak etməyə çağırıb.

 

Ötən gecə Rusiya televiziya kanallarında yayımlanan müraciətində Putin rusiyalılara deyib:

 

"Seçkilərə gəlin və vətəndaş və vətənpərvər mövqeyinizi ifadə etməyə, seçdiyiniz namizədə, sevimli Rusiyanın uğurlu gələcəyinə səs verməyə gəlin”.

 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15-17 mart tarixlərində davam edəcək.


Geri dön