Ana Sayfa > Karusel / Təhsil > Dərsdən qaçmaq istəyən şagird pəncərədən YIXILDI

Dərsdən qaçmaq istəyən şagird pəncərədən YIXILDI


14-03-2024, 12:15. Yazar: Admin

Dərsdən qaçmaq istəyən şagird pəncərədən YIXILDI

Sosial şəbəkələrdə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdinin pəncərədən yıxılması barədə xəbərlər yayılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

 

Qeyd olunub ki, idarənin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir:

 

"Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

 

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək".


Geri dön