Ana Sayfa > Karusel / Siyasət > NATO Gürcüstanı təşkilata üzvlük üçün hazırlıqları sürətləndirməyə çağırıb

NATO Gürcüstanı təşkilata üzvlük üçün hazırlıqları sürətləndirməyə çağırıb


29-09-2020, 14:23. Yazar: Admin

NATO Gürcüstanı təşkilata üzvlük üçün hazırlıqları sürətləndirməyə çağırıb NATO Baş katibi Yens Stoltenberq Gürcüstanı təşkilata üzv olmaq üçün hazırlıqları sürətləndirməyə və bunun üçün bütün imkanları istifadə etməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, təşkilatın Baş katibi bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə keçirdiyi onlayn görüşdən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstanın ordu quruculuğu, həmçinin demokratik islahatlar sahəsində böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

Stoltenberq Gürcüstanın Qara dəniz bölgəsində NATO mövqeyinin gücləndirilməsindəki rolunu vurğulayıb və qeyd edib ki, bu təşkilat üçün strateji əhəmiyyət daşıyır.


Geri dön