Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov polkovniki rəis təyin etdi

Vilayət Eyvazov polkovniki rəis təyin etdi


13-03-2024, 12:47. Yazar: Admin

 

Vilayət Eyvazov polkovniki rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.
 

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.


Geri dön