Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda ən yüksək maaş bu sahələrdə verilir - SİYAHI
Azərbaycanda ən yüksək maaş bu sahələrdə verilir - SİYAHI13-03-2024, 12:34. Yazar: Admin |
2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1725,1 min nəfər olub, onlardan 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3 faizi tikinti, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat olub. Geri dön |