Ana Sayfa > Karusel / İqtisadiyyat > Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin sayı AÇIQLANDI

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin sayı AÇIQLANDI


13-03-2024, 11:38. Yazar: Admin

 

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin sayı AÇIQLANDI

 

İşğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

 

“Bu, artıq bizm struktura daxil edilib. Bildiyiniz kimi, vergi orqanlarında xidmət xidmətin xüsusi növüdür. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir. Bundan əlavə, Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir”, - deyə o bildirib.


Geri dön