Ana Sayfa > Karusel / Gündəm > “28 May” ətrafında yeniliklər olacaq - AYNA detalları açıqladı
“28 May” ətrafında yeniliklər olacaq - AYNA detalları açıqladı13-03-2024, 10:18. Yazar: Admin |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May” metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək: “Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.
O da qeyd olunur ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.
Telegram
Geri dön |