Ana Sayfa > Karusel / Kriminal > 2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu
2 polis işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həlak oldu13-03-2024, 10:15. Yazar: Admin |
Bu gün saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov və polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır. Geri dön |