Ana Sayfa > Karusel / Dünya > Lukaşenko 4 diplomatı işdən çıxardı

Lukaşenko 4 diplomatı işdən çıxardı


12-03-2024, 17:38. Yazar: Admin

Lukaşenko 4 diplomatı işdən çıxardı

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının 3 ölkəsindəki səfirləri vəzifəsindən azad edib.

 

Qarabaqinfo.az  Belarus mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun bununla bağlı dərc olunmuş fərmanı var.

 

Fərmana əsasən, Belarusun Almaniyadakı səfiri Denis Sidorenko vəİsveçdəki diplomatik missiyasının rəhbəri Dmitri Mironçik öz vəzifələrini tərk etməlidirlər. Aleksey Samosuyev də Belarus Respublikasının Danimarka və Finlandiyadakı səfiri vəzifəsini dayandıracaq.

 

Bundan başqa, Lukaşenko Belarusun Qırğızıstandakı səfiri Andrey Straçkonu tutduğu vəzifədən uzaqlaşdırıb.


Geri dön