Ana Sayfa > Karusel / Gündəm > Şamaxıda püskürən vulkanın zəlzələ ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilib

Şamaxıda püskürən vulkanın zəlzələ ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilib


12-03-2024, 16:09. Yazar: Admin

 

Qurban Yetirmişli: “Narahatlığa heç bir əsas yoxdur” | 1news.az | Xəbərlər

Martın 8-də Şamaxının Məlikçobanlı kəndində vulkan püskürməsi olub. Son zamanlar baş vermiş zəlzələlər kiçik maqnitudalı olsalar da, palçıq vulkanlarının aktivləşməsinə təsir edən amillərdəndir.

Bunu Qarabaginfo.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən zəlzələlər kiçik maqnitudalıdır, bunlardan bir neçəsi Xəzər dənizində qeydə alınıb: “Bu zəlzələlər ciddi fəsadlara səbəb olacaq gücə malik deyil. Zəlzələdən öncə və sonra vulkan püskürmələri gözləniləndir. Çünki yer daxilində gedən sıxılmalar, hərəkətlilik, gərginliyin toplanması palçıq vulkanlarının aktivləşməsinə səbəb ola bilir”.


Geri dön