Ana Sayfa > Karusel / Problem > Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür - Nazirlik rəsmisi

Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür - Nazirlik rəsmisi


12-03-2024, 13:43. Yazar: Admin

 

Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür - Nazirlik rəsmisi

Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirələrdə deyib.

 

O, Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu söyləyib. Həkim qeyd edib ki, qohum evlilikləri talassemiya xəstələrinin sayının artmasına səbəb olur:

 

"Məqsədimiz qohum evliliklərinin qarşısını almaqdır. Dövlət bu sahədə ciddi iş görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-yə yaxın idi, 2016-cı ildən sonra xəstələrin sayında ciddi azalma var".


Geri dön