Ana Sayfa > Karusel / Dünya > Rusiyanın bir neçə vilayətinə PUA hücumu olub
Rusiyanın bir neçə vilayətinə PUA hücumu olub12-03-2024, 10:18. Yazar: Admin |
Bu gecə Ukrayna tərəfindən Rusiyanın bir neçə vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, Ukrayna 25 PUA ilə Rusiya ərazisində müxtəlif obyektlərə hücuma cəhd edib. Məlumata görə, Moskva vilayətində 2, Leninqradda 1, Belqorodda 7, Kurskda 11, Bryansk və Tulada 1, Orlovda isə 2 PUA zərərsizləşdirilib. Belqorod vilayətində hücum zamanı elektrik enerjisi xəttinə ziyan dəyib. Nəticədə 7 kənd işıqsız qalıb. Orlovda isə neft məhsulları anbarında yanğın qeydə alınıb.
Geri dön |