Ana Sayfa > Karusel / Dünya > Ukrayna və ABŞ müdafiə nazirləri cəbhədə vəziyyəti müzakirə edib

Ukrayna və ABŞ müdafiə nazirləri cəbhədə vəziyyəti müzakirə edib


12-03-2024, 10:16. Yazar: Admin

Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Pentaqonun rəhbəri Lloyd Ostin ilə danışıblar.

Bu barədə Umerov özünün feysbuk səhifəsində yazıb.

Bildirilib ki, söhbət zamanı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) növbəti iclasına hazırlıq müzakirə olunub. Umerov Ostinə cəbhədəki əməliyyat vəziyyəti ilə bağlı aktual məlumatlar verib.

Onlar, həmçinin Ukraynanın orta və qısamüddətli ehtiyaclarını və konkret tələblərini müzakirə ediblər. Sursat və hava hücumundan müdafiə əsas prioritetlər olaraq qalır.

“Biz “Ramştayn” görüşümüz zamanı daha ətraflı qarşılıqlı əlaqəni gözləyirik. Ukraynanın aydın və ardıcıl dəstəyinə görə minnətdarıq”, – deyə müdafiə naziri yazıb.


Geri dön