Ana Sayfa > Karusel / Kriminal > Dəm qazından ölən ana və azyaşlı uşaqlarının FOTOSU

Dəm qazından ölən ana və azyaşlı uşaqlarının FOTOSU


12-03-2024, 10:09. Yazar: Admin

Dəm qazından ölən ana və azyaşlı uşaqlarının FOTOSU

 

Xəbər verdiyimi kimi, Masallı rayonunda ana və iki azyaşlı oğlunun meyitləri tapılıb. Rayonda yerləşən evlərin birində yaşayan 24 yaşlı Aytac Əzimova və onun iki azyaşlı övladının dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

 

Qarabaginfo.az xəbər verir ki, Masallı bələdiyyəsinin sədri Azər Baxışov Modern.az-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənənlər Masallı rayon sakinləri deyil.

 

"Ana və azyaşlı uşaqları Masallı rayon qeydiyyatında olmayıblar. Onlar Şirvan rayon qeydiyyatındadırlar", - o bildirib. Bələdiyyə sədrinin sözlərinə görə, ana və övladları rayonda kirayədə yaşayırmışlar.

 

Vəfat edən ana və azyaşlı oğlanlarının fotosunu təqdim edirik:

 

1330907


Geri dön